Şagirdlərin Şəxsi İnkişaf Platforması çərçivəsində təşkil olunan "Biliyini məhsula çevir" adlı növbəti ustad dərsimiz 25 dekabr 19.00-da baş tutub. Ustad dərsimizin qonağı 2000-2002-ci illərdə kimya fənni üzrə təşkil olunmuş olimpiadaların respublika birincisi, Mendeleyev olimpiadasının (2002) bürünc medalçısı, təhsil idarəçisi və bir sıra intellektual-əyləncəli oyunun müəllifi Sənan Mahmudov olub.
Qonağımız biliyi məhsula çevirməyin yolları barədə öz təcrübəsini bölüşüb.