Səyahətdə sən

Şagirdlərin Şəxsi İnkişaf Platforması çərçivəsində “Səyahətdə sən” adlı növbəti ustad dərsimiz 4 dekabr 20:00-da baş tutub. VI-XI sinif şagirdləri üçün nəzərdə tutulan bu dərs səyahət blogeri Jalə Ələkbərova tərəfindən aparıl;b. Qonağımız sosial fəaliyyətlər, beynəlxalq layihələr, müxtəlif təqaüd proqramları barədə öz təcrübələrini bölüşüb. 2011-ci ildən səyahət etməyə başlayan J. Ələkbərova 25 ölkədə 80 -dən çox şəhərdə olub, ən əsası isə səyahətlərini minimal büdcə ilə edib. Eyni zamanda “GIZ-Azərbaycan”ın əməkdaşı və “Magic Flowers” şirkətinin təsisçisidir.

1.