Poliqlot Aslan Məmmədzadə məktəb illərində ingilis dilini öyrənə bilməyəcəyinə özünü inandırmışdı. Hazırda o, bir sıra dillərdə sərbəst danışır. Bəs görəsən o buna necə nail olub? Hətta A. Məmmədzadə yaponiyalı, amerikalı tələbələrinə Azərbaycan dilini də öyrədir. O zaman gəl, dil öyrənməyin qızıl qaydaları ilə tanış olaq.