Əziz inkişafsevər dost!
İnkişaf xəttinə xoş gəlmisən!
Şagirdlərin Şəxsi İnkişaf Platforması Təhsil Nazirliyinin dəstəyi ilə T-Network komandası tərəfindən hazırlanıb.
MƏQSƏD
Məktəbli dostlarımızın şəxsi inkişafına təkan vermək;
Onlarda 21-ci əsrin bacarıq və səriştələrini formalaşdırmaq;
Bir sözlə, nümunəvi Azərbaycanlı olmağı dəstəkləməkdir.
ÇİÇƏKDƏN ÇİÇƏYƏ FƏALİYYƏTLƏRİMİZ
Platforma çərçivəsində 21-ci əsrin bacarıq və səriştələri ilə əlaqəli ölkəmizin tanınmış mütəxəssislərinin təqdimatında bal kimi video məzmunlar hazırlamışıq.
Əyani və virtual görüşlər, ustad dərsləri də təşkil edirik. Bu günə qədər “Ustad arılar”ımızla müxtəlif mövzularda görüşlərimiz baş tutub və bu görüşlər hər həftənin şənbə günü davam edir.
Hər həftə təşkil etdiyimiz “Bee Talks” danışıq klubunda isə məktəbli dostlarımızın ingilis dilində bacarıqlarını inkişaf etdirməyə və onların söz ehtiyatını artırmağa çalışırıq.
Platformamız liderlik və yaradıcılıq bacarıqları ilə seçilən məktəblilərdən ibarət Aparıcı Heyət ilə öz işinə davam edir. Zəhmətkeş arılarımızla “Aparıcı Heyət” bölməsindən tanış ola bilərsiniz.
Arı demişkən, biz arı pətəyini özümüzə nümunə seçmişik. Düşünürük ki, arı öz zəhmətsevərliyi və faydalılığı ilə hər birimizə nümunədir.
Gəl, biz də öz pətəyimizi quraq. Şanlı Vətənimizin şanı olaq!
Əminik ki, arı kimi çiçəkdən çiçəyə qonub birlikdə çox uğurlara imza atacaq, hər birimiz nümunəvi Azərbaycanlı olacağıq.
Hər addımda bal toplamaq arzusu ilə,
Şagirdlərin Şəxsi İnkişaf Platformasının Yaradıcı Heyəti.