Şagirdlərin Şəxsi İnkişaf Platforması çərçivəsində “Pozitiv düşün, SMART ol" adlı növbəti ustad dərsi 27 noyabr saat 19.00-da baş tutub.
VI-XI sinif şagirdləri üçün nəzərdə tutulan bu dərs Azərbaycan Dillər Universitetinin müəllimi, akademik koç Günay Məmmədova tərəfindən aparılıb. Qonağımız SMART məqsədlərin müəyyənləşdirilməsi, dərslərdə daha uğurlu olmağın, o cümlədən, dərslərdən zövq almağın yolları barədə öz təcrübələrini bölüşüb. Görüşün sonunda şagirdlərin suallarını cavablayaraq onları daim pozitiv düşünməyə səsləyib.
Yan 14, 2022 - 15:16Yeniləndi: Apr 18, 2022 - 14:44