Şagirdlərin Şəxsi İnkişaf Platformasının növbəti ustad dərsi 17 dekabr saat 19:00- da baş tutub.
VI-XI sinif şagirdləri üçün nəzərdə tutulan bu dərsin qonağı yazıçı-psixoloq İlqar Kamil olub. Qonağımız "Həyatı gözəlləşdir" başlığı altında şagirdlərə daha gözəl həyat yaşamağın yollarından bəhs edib, onlarla sağlam gələcək qurmaq üçün öz məsləhətlərini paylaşıb.