Kiber-gigiyenaya nəzarət edirsənmi?

İnternetdə öz təhlüksəsizliyini təmin etmək müasir dövrün əsas ehtiyaclarından biri hesab edilir. Texno-bloqer Fərid Pərdəşünas bunu kiber-gigiyena adlandırır. Bəs kiber-gigiyenaya necə nəzarət edə bilərik? F. Pərdəşünas bunun üçün bilməyimiz lazım olan məqamları açıqlayır və II Qarabağ müharibəsində yaratdığı "Tavush Bot" ilə ermənilərə necə dərs verdiyini də göstərir.